MÜRACİƏT QAYDASI İLƏ TANIŞ OLUN



Attestasiyadan keçmək üçün peşəkar fəaliyyətlə məşğul olmaq niyyətində olan hüquqi şəxslər, həmçinin müvafiq ixtisas şəhadətnaməsini almaq istəyən fiziki şəxslər Maliyyə Bazarlarına Nəzarət Palatasına aşağıdakı sənədləri təqdim etməlidir:


  1. Attestasiyadan keçmək üçün ərizə-anket ( müvafiq Qaydaya Əlavə № 1);

  2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin sürəti (İnvestisiya şirkəti müraciət etdikdə);

  3. Namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;

  4. Təhsil haqqında sənədin surəti;

  5. 2 (iki) ədəd 4x6 ölçüdə fotoşəkil.

Attestasiya avtomatlaşdırılmış test üsulu ilə həyata keçirilir. Hər bir attestasiya sualı yalnız biri doğru olmaqla 4 (dörd) cavab variantına malikdir.

Attestasiya suallarının cavabları aşağıdakı qaydada qiymətləndirilir:

  •  düzgün cavab – 3 (üç) bal;

  •  səhv cavab – (-1) (mənfi bir) bal;

  •  cavablandırılmamış – 0 (sıfır) bal.


Peşəkar fəaliyyət üzrə ixtisas şəhadətnaməsi üçün müraciət etmiş ərizəçi test üzrə cavablar məqbul hesab edilmədikdə 3(üç) aydan sonra, attestasiyaya gəlmədiyi halda isə 4 (dörd) aydan sonra attestasiyadan keçmək üçün yenidən müraciət edə bilər.


İxtisas şəhadətnaməsinin alınması müraciət qaydası ilə ətraflı buradan məlumat əldə edə bilərsiniz.






İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017