İNVESTİSİYA ALƏTLƏRİ

İSTİQRAZ

Onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur.

Ətraflı

SƏHM

Qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.

Ətraflı

MƏNZİL SERTİFİKATLARI

Fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir.

REPO

Mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-Repo isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.

Ətraflı

TÖRƏMƏ ALƏTLƏRİ

Klassik qiymətli kağızlarla (birinci dərəcəli qiymətli kağızlar) əməliyyat aparmaq hüququ verən müqavilə növüdür. Törəmə alətlərinin əsas təyinatı investoru birjada zərərdən sığortalamaq, eləcə də infilyasiya, qeyri-stabillik şəraitində onun müdafiəsini təmin etməkdir. Fyuçers,Opsionlar, vəkalətnamələr, sertifikatlar və marjinal əməliyyatlar (FOREX) bu maliyyə alətinə nümunədir. Törəmə maliyyə alətlərində alış əməliyyatı “uzun mövqe”, satış əməliyyatı isə “qısa mövqe” olaraq adlandırılır. “Birjada əks əməliyyat” və ya “mövqe bağlama”, tutmuş olduğu mövqenin əksi istiqamətində əməliyyatın aparılması deməkdir. Başqa sözlə “mövqe bağlamaq”, alış (uzun mövqe) qarşılığında satış, satış (qısa mövqe) qarşılığında isə alış istiqamətində əməliyyat etməkdir. “Açıq mövqe” isə bir müqavilədə əks mövqe ilə bağlanılmayan uzun və ya qısa mövqeləri ifadə edir.

Ətraflı


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017