İletişim



“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin 

İdarə Heyətinin üzvləri və sədri seçilmişdir



30.09.2016-cı il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın keçirilməsində əsas məqsəd Assosiasiyanın Nizamnaməsinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin və sədrinin yenidən seçilməsi olmuşdur.

Ümumi Yığıncağı İdarə Heyətinin sədri Ceyhun İbrahimov giriş sözü ilə açaraq, ilk növbədə son iki ildə Assosiasiyanın fəaliyyəti barədə üzvlərə qısa məlumat vermişdir. Daha sonra Assosiasiyanın İdarə Heyətinin üzvləri səsvermə yolu ilə seçilmişdir. Səsvermənin nəticəsinə əsasən növbəti iki ildə Assosiasiyanın İdarə Heyətinin üzvlüyünə “Bakı Fond Birjası”, “Milli Depozit Mərkəzi”, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, “İnvestAZ İnvestisiya Şirkəti” QSC və “AzFinance İnvestisiya Şirkəti” QSC seçilmişdir. Həmçinin növbəti iki ildə Assosiasiyanın İdarə Heyətinin sədri kimi yenidən Ceyhun İbrahimovun namizədliyi təklif edilmiş və təklif üzvlər tərəfindən yekdilliklə qəbul olunmuşdur.

Ümumi Yığıncaq zamanı Assosiasiyanın fəaliyyəti ümumi olaraq qənaətbəxş qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, son iki ili ölkəmizin qiymətli kağızlar bazarında keçid ili kimi qiymətləndirmək olar. Bu dövr ərzində isə Assosiasiya qiymətli kağızlar bazarının inkişafı naminə bir sıra mühüm addımlar atmışdır və qiymətli kağızlar bazarının müasirləşdirilməsi istiqamətində bir sıra addımlar atmağı planlaşdırır. Bu baxımdan qiymətli kağızlar bazarına yeni maliyyə alətlərinin daxil edilməsi, həmçinin mövcud maliyyə imkanlarının inkişaf etdirilməsi məqsədilə, təqdim olunan təkliflər müzakirə edilmişdir.

Qeyd edək ki, hal-hazırda “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin üzvlüyünə hal-hazırda Bakı Fond Birjası və Milli Depozit Mərkəzi də daxil olmaqla, ölkəmizin qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.


Image title



İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017