İletişim



Kapital bazarları institutlarının əməkdaşları üçün 

təlimlər keçirilir



Bakı Fond Birjasının dəstəyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası təşkilatçılığı ilə kapital bazarları institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlər təşkil edilmişdir. 03-07 dekabr 2017-cı il tarixlərində Azərbaycan kapital bazarlarnı təmsil edən ilk nümayəndə heyəti Türkiyənin, İstanbul şəhərində təşkil edilmiş təlimlərdə iştirak edir.


Təlimlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strteji Yol Xəritəsi” nə uyğun olaraq, maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil olunmuşdur. Təlimlərdə Borsa İstanbulda törəmə maliyyə alətləri ilə ticarətin təşkili, pay bazarı və borc alətləri bazarında ticarət əməliyyatlarının aparılması, lisitinq, qiymətli metallar və daşların ticarəti, eləcədə Türkiyənin klirinq və hesablaşma evi olan TakasBankın post ticarət əməliyyatları sahəsində təcrübəsi barədə təlimçilərə ətraflı məlumat veriləcəkdir. Maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının daha da artırılması istiqamətində beynəlxalq təcrübədən yararlanmaq məqsədilə bu kimi təlimlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulmuşdur.





İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017