05 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının üzvlərinin iştirakı ilə tədbir təşkil edilmişdir.
QKDK-nın struktur bölmə rəhbərləri tərəfindən tədbir iştirakçılarına “Qiymətli kağızlar bazarının yeni əməliyyat infrastrukturu” mövzusunda geniş təqdimat keçirilmiş və bazar institutları arasında prosedur qaydaları habelə, bu sahədə digər prioritet məsələlər barəsində ətraflı məlumat verilmişdir.
Sonda mövzu ətrafında qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş müzakirələr aparılmışdır.
