17 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir.
İclasda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar lisenziyalaşdırılan fəaliyyət növlərinin ümumi təfsiri verilmiş, investisiya şirkətlərinin xidmət sferası barədə geniş müzakirə aparılmışdır. Daha sonra AFBİA-nın 2015-ci il üzrə fəaliyyətinə qısa baxış keçirilmiş və Assosiasiyanın 2016-cı il üçün nəzərdə tutulan tədbirləri və hədəfləri iclas iştirakçılarına təqdim olunmuşdur.
Sonda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
