İletişim



“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” 

İctimai Birliyinin növbəti iclası keçirilmişdir



14 aprel 2015-ci il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti iclası keçirilmişdir. İclasın keçirilməsində məqsəd qiymətli kağızlar bazarı iştirakçılarını bir araya toplamaq və gündəlikdə duran məsələlərin müzakirəsi olmuşdur. Həmçinin qiymətli kağızlar bazarının inkişafı üçün qanunvericilikdə nəzərdə tutulan yeniliklər barəsində də iclas iştirakçılarına məlumatlar verilmişdir.

İclası “Azərbaycan Fond bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin sədri Ceyhun İbrahimov aparmışdır. Həmçinin iclasda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası, Milli Depozit Mərkəzinin və digər peşəkar iştirakçıların mümayəndələri iştirak etmişdir. Gündəlikdə duran mühüm məsələlər müzakirə olunduqdan sonra isə iclas iştirakçılarını maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur. Ümumilikdə isə təklif edilmişdir ki, qiymətli kağızlar bazarında problemləri daha effektli həll etmək, həmçinin sahənin sürətli inkişafını təmin etmək məqsədilə, könüllü şəkildə üzvlərdən ibarət A.F.B.İ.A-nın xüsusi araşdırma qrupu yaradılsın. Bu araşdırma qrupunun əsas məqsədi birgə əməkdaşlıq şəraitində peşəkar iştirakçıları maraqlandıran məsələləri ətraflı təhlil etmək və həlli üçün real təkliflər planı hazırlamaq olacaqdır.

İclasın sonunda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin müvafiq şöbələrinin rəhbərləri “Qiymətli Kağızlar haqqında qanunvericilikdə nəzərdə tutulan yeniliklər” və “Azərbaycan Respublikasının Qiymətli kağızlar bazarı haqqında Qanundan irəli gələn və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə bağlı yeniliklər” mövzusunda təqdimatlar keçirmişlər. Həmçinin bu mövzularda iştirakçıları maraqlandıran bütün sualları cavablandırılmışlar.




İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017