XƏBƏRLƏR




Mediasiya Şurası ilə görüş keçirilmişdir
05.06.2023 17:01
05 iyun 2023-cü ildə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Respublikası Mərkəzi Bankı və Mediasiya Şurası arasında görüş keçirilmişdir.

05 iyun 2023-cü ildə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Respublikası Mərkəzi Bankı və Mediasiya Şurası arasında görüş keçirilmişdir. Görüşdə AFBİA-nın İdarə Heyətinin Sədri Ceyhun Hacıyev, Mərkəzi Bankın İstehlakçılarla İş departamentinin Maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəisi Murad Məmmədov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və hər qurumdan nümayəndələr iştirakçılar iştirak etmişdir.

Görüş zamanı Mediasiya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov Azərbaycanda mediasiyanın əsas fəaliyyət istiqamətlərindən və keçirilən mediasiya islahatları barədə məlumat vermişdir. Eyni zamanda görüşdə gələcəkdə maarifləndirmə məqsədli fond bazarı və mediatorlar arasında görüşlərin təşkili, birgə fəaliyyətin formalaşdırılması və bir çox qarşılıqlı əlaqələrin qurulması ilə bağlı məsələlər müzakirə olunmuşdur, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Image title


Image title


Image title







AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017